Azərbaycan

2020-ci il tarixdə Azərbaycanın zəfər ili kimi qalacaq

2020-ci il dünyada koronavirus mərizliyi ilə onun gətirdiyi fəlakətlərlə yadda qaldı. Ancaq bu il İranla Azərbaycan üçün də önəmlidir. Belə ki, 2020-ci ilin ilk ayında – janviyənin 3-də İranda duyğu yaxud ehsasat yaradacaq hadisə baş verdi. İranın savaş meydanında birinci şəxs hesab etdiyi Qasım Süleymani İraqda öldürüldü. Bu hadisə İran hakimiyyəti üçün faciəvi olay kimi qiymətləndirilir. Belə demək olarsa, İran Süleymaninin ölümü ilə geniş təbliğatlara başladı. Bılli olduğu kimi, Kirmanda Süleymaninin dəfnində onlarla insan izdihamda ayaq altında qalaraq can verdi. Başda Əli Xamenei olmaqla, bütün İran hakimiyyəti dünyaya intiqam mesajı göndərdi. Baş verənlər arxasında İranla Amerika arasındakı gərginlik daha da artdı. Bir müddət sonra Ukraynın “Boeing 737-800” uçağı İranda raketlə vuruldu. Tehran yaxınlığında 2 raketlə vurulan təyyarədə 9-u uçuş ekipi üzvü olmaqla, 176 nəfər həyatını itirdi. İranın SEPAH qüvvəsi tərəfindən vurulmasına baxmayaraq, İran törədilən faciənin ayrıntılarını gizlətməyə çalışır, ona qarşı ittihamları danırdı. İran məqamları istənilən vasitələrdə məsələni inkar etməyə çalışdılar. Bu vəziyət yalnız 2 gün davam edir. Olay xarici mediada geniş iyayıldıqda İran baş verənləri boyun almaq zorunda qalır. Tehran hakimiyyəti təyyarənin yanlışlıqla vurulduğunu bildirdi. Bu hadisədən demək olar 1 il keçməsinə baxmayaraq, “SEPAH”ın heç bir məqamı mühakimə olunmayıb. Bildirək ki, hadisə Tehranda geniş etirazlara səbəb olur. Etiraza toplaşanların haqq səsi polis zorakılığı ilə boğulur. Baş verənlər İranda söz eləcə də fikir azadlığının olduğu vəziyyətini, habelə insan hüquqlarına verilən dəyərin səviyyəsini açıq aydın göstərir.
2020-ci ilin İran üçün ən böyük bəlalarından biri də koronavirusdur. 2019-cu ilin desambrında Çinin Vuhan şəhərində tapılan təhlükəli virus İranda da sürətlə yayılmağa başlayır. Ancaq hökumət dairələrinin məsələyə etinasız yanaşması əhalinin mərizliyin qurbanına çevrilməsinə səbəb olur. Bəli, İran virusun varlığını danmaqla ən yaxcı üsul seçdiyini hesab edir. Bir çox ölkələr xarici dövlətlərlə sərhədlərini bağladığı çağda İranda özəlliklə “SEPAH”a bağlı Mahan hava yolları şirkəti Çinə səfər üçün bölgədə əsas terminal rolunu oynayır. Nəhayət, sosial medianın təsir gücü ilə İran məsulları koronavirus mərizliyi ilə bağlı əhaliyə olan vəziyyəti açıqlayır. Xatırladaq ki, İranda koronavirusa ilk yoluxma Qum şəhərində qeydə alınıb. Uzmanların Qumda sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı dəfələrlə çağırış etməsinə baxmayaraq, vəziyyətin nə dərəcədə ciddi olmasına önəm verilmədi. Beləliklə, Qum şəhərində üzə çıxan virus bütün İranı bürüdü. Əhali etirazları, sağlıq imkanlarının məhdud olması başqaları, ölkədə vəhşətə gətirib çıxardı. İran əhalisi arasında kütləvi ölümlərin baş verməsinin yalnız bir nədəni var idi: ölkə məsullarının etinasızlığı…

İranda geniş iqtisadi böhran hökm sürsə də, Azərbaycan Cümhuriyyətində vəziyyət tam fərqli idi. Septambrın 27-dən Ermənistanın Azərbaycanın qeyri nizami əhalisinin yaşadığı yerlərə nizami həmlələri Vətən savaşının başlamasına səbəb oldu. Bu hadisə Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. 30 illik Qarabağ həsrətinin ardından Azərbaycanın qorxmaz igid ordusu işğalda olan ərazilərinin böyük bir hissəsini azad etdi. Bəli, Azərbaycan 44 günlük Vətən savaşında zəfər tarixinə imza atdı. Azərbaycan tarixi ədaləti dirçəltməklə haqlı mövqeyini bir daha sərgilədi. İranın isə Azərbaycan Cümhuriyyətinə olan münasibəti fərqli yönlərdən cərəyan etməyə başladı. Rusların Xəzər dənizinin Ənzəli limanına gələn nizami kamiyonlar İran topraqlarından sovuşub Norduz sınır qapısından Ermənistana yönəldi. Bu məsələ sosial mediada haqlı etirazlara səbəb olur. Güney Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinə öz dəstəklərini həmişə olduğu kimi, bu həssas dönəmdə də sərgilədilər. İran isə heç bir təqdirdə Ermənistana nizami və maddi yardım etdiyini dilə gətirmədi. Sözsüz ki, bu vəziyyət İranın Azərbaycan Cümhuriyyətinə olan münasibətindən qaynaqlanır. Tehran hakimiyyəti Ermənistana yardım göstərməklə Azərbaycan xalqının tarixi qələbəsini görməzdən gəlməyə çalışırdı. Güney Azərbaycanın bir sıra şəhərlərində etiraz yürüşləri keçirilir. Təbriz, Urmu, habelə Zəngandan tutmuş Tehran şəhərinədək azərbacanlıların Vətən səsi göyə yüksəlir. Bu etirazlardan sonra Tehran Qarabağ məsələsindəki tutumunu dəyişmək zorunda qaldı. Bundan başqa, İran hakimiyyətini qıcıqlandıran ayrı bir məqam isə Türkiyə Cümhuriyyəti ilə ilgilidir. Azərbaycan-Türkiyə qardaşlığı, yenilməz birlik Azərbaycana mənəvi güc verirdi. İran bütün çabalarını sərf etsə də, II Qarabağ savaşında Ermənistan kimi məğlub mövqedə dayanmalı olur. Azərbaycanın paytaxtı Bakı şəhərində böyük coşqu ilə keçirilən Zəfər geçidi yaxud rejəsi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyib Ərdoğanın çıxışı, İran hakimiyyətinin əsl üzünü bir daha gündəmə gətirdi. Bəlli olduğu kimi, Zəfər geçidində Rəcəb Təyyib Ərdoğan çıxışı zamanı xalq şairi Bəxtiyar Vahabzadə və Əhməd Cavadın şeirindən örnəklər gətirib. Bu iş İran məclisində siyasi gərginliyə səbəb olur. Türkiyə liderinin səsləndirdiyi şeir Azərbaycan millətinin həsrətini ifadə etsə də, bu, İranda düşmən mövqeyinin göstəricisi olaraq qələmə verilir. Bu olaydan sonra İran, o cümlədən farsdilli rəsanələr Türkiyə ilə Ərdoğana qarşı son dərəcə ağır ifadələr işlətməyə başladı. Fars Milliyyətçiləri günlərcə məsələyə etirazını göstərdi. Mübahisəli mövzu Türkiyə ilə dünya gündəmini bürüdü. Güney Azərbaycan, qardaş ölkəyə dəstək üçün ayağa qalxdı. İran türk millətinə olan düşmənliyini özü etiraf etdi.
Beləliklə, 2020-ci il Azərbaycanın zəfər ili kimi yaddaşlarda qalacaq. Yola saldığımız bu il Azərbaycanın tarixi ədaləti bərqərar etdiyi il, türkün igidliyinin, yurdsevərliyinin eləcə də qardaşlığının göstəricisidir.

Related Articles

Bir cavab yazın

Back to top button