İran

Zərif: İran Suriyada Dəməşqin xahişi ilə qalır

Rusiya və İran Suriya torpaqlarında Dəməşqin dəvəti ilə qalır.

Aznews.tv xəbər verir ki, bunu Rusiya və Türkiyə XİN rəhbərləri ilə birgə mətbuat konfransı zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Suriya hakimiyyəti və xalqı bunu istədikcə biz burada qalacayıq”, – deyə o, bildirib.

Zərif, ABŞ hərbçilərinin Suriyada neft yataqlarını qoruması məsələsini şərh edərkən, Donald Trampın, ən azından, ölkəsinin məqsədləri ilə bağlı səmimi olduğunu bildirib.

Suriyanın konstitusiya komitəsinin formalaşdırılmasının mürəkkəb prosesin başlanğıcı olduğunu vurğulayaraq nazir bu komitəyə hər-hansısa xarici müdaxilə və ya təzyiqin olmamasını doğru olduğunu qeyd edib.

“O, yalnız Suriya xalqına aid olmalıdır”, -c deyə nazir davam edib.

Qeyd edək ki, qeyd edilən komitənin ilk iclası bu gün İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button