İran

Əkbər Fəthi̇ yumurta qi̇ymətləri̇ni̇n artması xəbəri̇nə aydınlıq gəti̇ri̇b

Təbriz şəhərinin mağazalarında yumurta müxtəlif qiymətlərlə satışa çıxarılır. Məsulların sözlərinə görə, məhsulun tolid qiymətinin artması və ərzin bahalaşması səbəbindən yumurtanın sadiratına üstünlük verilir. Bu durum da ölkə daxilində yumurtanın bahalaşmasına gətirib çıxarır. Şərqi Azərbaycanın Cahad Kişavərzi Sazimanın rəisi Əkbər Fəthi məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Bazarın Tənzimlənməsi Sitadının iblağına əsasən, yumurtanın ümdə satış qiyməti 14 min 700 tüməndir. Mağazalarda satış qiyməti isə 17 min 500 tümən olaraq qərarlaşdırılıb. Fəthi Şərqi Azərbaycanda yumurta çatışmazlığının olmadığını bildirib. Hətta əyalətin ehtiyacından 2,5 qat çox yumurta tolid olunduğunu diqqətə çatdırıb. Əlavə tolid olunan məhsulun Tehran və Ərdəbil kimi qonşu əyalətlərə paylanıldığı açıqlanıb. Qeyd edilənə görə, əyalətdə gündəlik 210-220 ton yumurta tolid olunur. Məsrəf miqdarı isə gündəlik 100-110 tondur. Əkbər Fəthi yumurtanın təyin edilmiş qiymətdən baha satılmasının iqtisadi pozuntu və cürm hesab olunduğunu qeyd edib. qiymət artımı ilə məşğul olan şəxslərin cərimələnəcəyinə diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button