İran

Zənganda istixanaların sayının artırılmasına ehtiyac var

Zəngan əyalətində son illərdəki quraqlıq istixana müctəmələrinin salınması ilə bağlı ehtiyacı artırıb. Əkin Şəhərcikləri Şirkətinin amil müdiri istixanaların sayının artırılması ilə bağlı danışıb. Bu kimi fəaliyyətlərin işsizlik sayını azaldacağı bildirilib. Heç bir sahənin bu qədər işlə məşğulluq yaratmadığı vurğulanıb. Ancaq əkin üzrə təhsil alan şəxslərin nağd pul çatışmazlığı, istixana xərcləri və bank sudunun yüksəkliyinə görə bu sahədə fəaliyyət göstərə bilmədiyi açıqlanıb. Nəticədə istixanaların salınması həllini tapmayan müşkülə çevrilib. Zəngan Əyaləti Cahad Kişavərzi Sazimanın rəisi də məsələ ilə bağlı açıqlama verib. Cavad Tarasi Cahad Kişavərzi Sazimanın torpaq və bank təshilatını əkin şəhərciklərində ayırmağa üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, istixanaya azı 3 min mürəbbə-metrlik ərazi ayrılmalıdır. Tarasi də əkin sahəsi üzrə təhsilli şəxslərin problemlərindən söz açıb. O, istixananın salınması üçün 2 milyard tümən gərəkli olduğunu bildirib. Bankların təshilat üçün milyardlarla tümən dəyərində zəmanət vəsiqəsi tələb etməsinə diqqət çəkilib. Bu səbəblə də sözügedən şəxslərin sərmayə yatırımı edə bilmədiyi vurğulanıb. Qeyd edilənə görə, son bir ildə istixanaların salınması ilə bağlı xərclər yüzdə 300 artıb. Bu durum Zənganda istixana məhsullarının becərdilməsinə maneə olur.

Related Articles

Bir cavab yazın

Back to top button