İran

5 məhbus casusluq ittihamı ilə edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürülüb

Harana saytı xəbər verib ki, casusluq ittihamı ilə edama məhkum edilən Mənsur Rəsuli, Aran Omri, Rəhman Pərhazo, Vəfa Hanare və Nəsim Nəmazi cümə axşamı, dekabrın 28-də Urmiyə həbsxanasının təkadamlıq kameralarına köçürülüb.

Bu beş nəfərin edam hökmünün icrası üçün təkadamlıq kameraya köçürülməsi xəbəri İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirlərindən biri olan Rəzi Musəvinin İsrailə aid edilən hücumda öldürülməsindən bir neçə gün sonra yayımlanır.

İrandakı hüquq müdafiəçiləri tışkilatının xəbər orqanı olan Harana-nın məlumatına görə, bu beş məhbus başqa üç müttəhimlə birlikdə 2021-ci ilin noyabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və casusluq ittihamı ilə dindirilib.

Onlar həmin ilin martında Urmiyə həbsxanasında siyasi palataya köçürülüblər.

Bu xəbərə görə, bu beş məhbus Urmiyə İnqilab Məhkəməsinin hökmü ilə “İsrailin xeyrinə kəşfiyyat əməkdaşlığında iştirak və casusluq” ittihamı ilə edama məhkum edilib.

2022-ci ilin mayında Qüds Gücü 840 birliyinin üzvü Türkiyə, Almaniya və Fransada üç sui-qəsd həyata keçirmək missiyasını etiraf etdi.

Bir gün sonra İsrail mediası İMossadın İnqilab Keşikçilərinin Qüds Qüvvələrinin planını pozduğunu bildirib.

Bundan sonra İsrail mediası Mossad agentlərinin sui-qəsd planında əli olan Mənsur Rəsuli adlı Qüds Qüvvələrinin agentini İran daxilində sorğu-suala tutduqlarını və sonra onu sərbəst buraxdıqlarını bildirdi.

Mayın 17-də Mənsur Rəsuli bir videoda “zorakı qruplardan biri tərəfindən qaçırıldığını” elan etdi.
#iran_xəbərləri #edam

Related Articles

Bir cavab yazın

Back to top button