İran

“5400 İran məmurunun övladları xaricdə yaşayır”-İran parlamentinin üzvü

İran parlamentinin Firuzə və Neyşabur şəhərlərindən olan millət vəkili Hacər Çinarani İranın yüksək rütbəli 5400 hökumət adamının övladlarının Avropa, Amerika və Kanadada yaşadıqları barədə yeni açıqlama verib.

“Əgər Amerika və Kanada da düşmən və təcavüzkar ölkədirlərsə niyə məmurlar övladlarını o ölkələrə göndərirlər?”,- deyə, Çinaranı sual verib.

O, İbrahim Rəisinin məmurların övladlarını qərb ölkələrində göndərmələri ilə bağlı çıxışına toxunub və adı çəkilən məmurlara qarşı ölçü götürülməsini istəyib.

“Prezident deyib ki, hər hansı məmurun övladı qərb ölkələri vətəndaşlığını alıbsa o məmur özüdə İrandan getməlidir.

Biz bu göstərişin yerinə yetirilməsini gözləyirik”,- deyə, millət vəkili qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button