Dünyaİran

Bu gün dünyanın 80 şəhərində İrandakı etirazçılara dəstək veriləcək

2020-ci il, yanvarın 8-də SEPAH-ın Tehran səmasında vurduğu Ukrayna Təyyarə Qurbanlarının Ailələri Assosiasiyasının çağırışına cavab olaraq, oktyabrın 29-u səhər saatlarında İran xalqlarının İslam Respublikasına qarşı ümummilli qiyamına dəstək məqsədilə dünyanın müxtəlif şəhərlərində dəstək aksiyaları keçirilir, insan zəncirləri yaradılıb.

Dəstək məqsədilə koordinasiyalı insan zəncirinin formalaşması Yeni Zelandiya şəhərlərində başlayıb və bu ölkənin paytaxtında iştirakçılar “Qadınlar, həyat, azadlıq” şüarları verirlər.

Bununla yanaşı Avstraliyanın Sidney şəhərinin Viktoriya parkında da dəstək aksiyası keçirilir.

Bu aksiyalarda İslam Respublikasının səfirlərinin ölkələrdən və beynəlxalq təşkilatlardan qovulması və iranlılar üçün pulsuz internetin təmin edilməsi dünya üzrə keçirilən aksiyaların istəklərindəndir.

Oktyabrın 22-də Ukrayna Təyyarə Qurbanlarının Ailələri Assosiasiyasının sözçüsü Hamid İsmailiyunun çağırışı ilə
dünyanın hər yerindən 100 mindən çox insan Berlində oxşar aksiya keçiriblər.

Bir çox müşahidəçilərin fikrincə, Berlində keçirilən mitinq və yürüş iranlıların tarixdə xaricdəki ən böyük nümayişinə çevrilib və İslam Respublikasına qarşı həmrəylik üçün unikal hadisə olub.

Qeyd edək ki, son həftələr İran xalqlarının etirazlarına dəstək və İslam Respublikasının repressiyalarına etiraz məqsədilə dünyanın 150-dən çox şəhərində nümayişlər keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button