
Assosiasiyanın saytında paylaşılan hesabata görə, İran və Çin dünyada internet məhdudiyyətlərinə görə 100 ölkə arasında ən son yerləri bölüşür.
Bildirilib ki, Çin internetin sürətinə görə 100 ölkə arasında 61-ci yerdə, kəsilməyə görə isə 87-ci sıradadır. İran isə internet sürətinə görə 97-ci, internetin kəsilməsi üzrə isə 90-cı yerdədir.
Assosiasiya aşağı internet sürətinin elektron ticarətə dağıdıcı təsirinə toxunaraq, prezidentliyə namizədlərdən bu məsələ ilə bağlı fikirlərini açıq şəkildə bildirmələrini və bu problemə son qoymalarını istəyib.