İran

Bu ilin yazında İrandan 3 milyard dollardan çox sərmayə çıxarılıb

bu ilin ilk üç ayında İrandan sərmayə axını, keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 500 milyon dolar çox olub. Bu rəqəmlər yalnız İran bank sistemində və rəsmi puldəyişmə mərkəzlərindəki mövcud məlumatlara əsaslanır. Gerçək sərmayə axını ilə bağlı amar isə bu rəqəmlərdən qat-qat yüksəkdir.

İran Mərkəzi Bankı ödəniş tarazı və xalis sərmayə hesabı ilə bağlı üç aylıq raporunda təkcə bu ilin ilk üç ayında sərmaya hesabının tarazının mənfi 3 milyard 174 milyon dolar olduğunu açıqlayıb.

Bu raporda sərmayənin ölkəyə girişi və çıxışı ilə bağlı rəqəmlər ayrı-ayrılıqda göstərilməyib, yalnız yekun məbləğ açıqlanıb. Amma bu qısa məlumatdan da görmək olar ki, bu ilin yazında sərmayənin İrana daxil olması ilə xaricə axını arasındakı fərq 3 milyard dolardan çox olub.

Nəzərə alsaq ki, İrana qarşı Amerika təhrimlərinin geri qaytarılmasından sonra ölkəyə sərmayə axını sıfıra enib, təqribi demək olar ki, ölkədən sərmayə axınının həcmi 3 milyard 200 milyon – 500 milyon dolar arasındadır.

Related Articles

Bir cavab yazın

Back to top button