
”Aznews tv” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Çerniqovda və onun ətrafında çay keçidlərinin dağıdılması şəhərin özündə Desna çayı üzərindən yalnız bir piyada körpüsü qoyub. Müharibədən əvvəl şəhərin təxminən 285 000 sakini var idi.
Ukraynanın nəqliyyat infrastrukturunun zədələnməsi indi əvvəllər Rusiya tərəfindən mühasirəyə alınmış ərazilərə humanitar yardımın çatdırılmasında ciddi problem yaradır”, – məlumatda vurğulanıb.(Report.az)