İran

Abadanda etiraz aksiyası keçirilib

Mayın 25-i gecə saatlarında İranın Xuzistan əyalətinin Abadan şəhərində çökən binanın yaxınlığında minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib.

Etirazçılar hökumət rəsmiləri əleyhinə şüarlar səsləndirib. Abadanlılara qarşı laqeyd münasibət tənqid edilib.

“Abadanlı, bəsdir daha qeyrətini göstər”, “Abadanlı, ayağa qalx qardaşın ölüb”, “Səhv edib inqilab etdik”, “Molla, rədd ol” və başqa bu kimi şüarlar səsləndirən vətəndaşlar dağıntılar altında qalanların çıxarılması üçün yetərli işlər görülmədiyinə etiraz ediblər.

Yerli fəalların verdikləri məlumata görə, şəhərə çox sayda polis və xüsusi təyinatlı qüvvələr yeridilib, internetə çıxış və telefon əlaqələri məhdudlaşdırılıb.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı bina çöküb.

Rəsmi məlumata görə, bu günə kimi 16 nəfərin cəsədi, onlarla yaralı dağıntılar altından çıxarılıb, 32 nəfər yaralanıb və onlarla insan dağıntılar altında qalıb.

Qeyri-rəsmi mənbələr ölənlərin sayının rəsmi rəqəmlərdə göstərilənlərdən daha çox olduğunu, əyalət valisi və təhlükəsizlik idarəsinin ölüm sayının gizlədilməsi,yaralı və xilas edilənlərin sayının açıqlanması ilə bağlı göstəriş verdiklərini yazırlar.

Related Articles

Bir cavab yazın

Back to top button