Bu barədə Nyu-York meri Erik Adams qərar verib.
Fövqəladə vəziyyətin şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar tətbiq edildiyi bildirilir.
Adams Texas və Floridadan ölkəyə keçən miqrantların Nyu-Yorka dözülməz yük gətirdiyini bildirib.
Təxminən 50 000 evsizin yaşadığı Nyu-Yorkdakı sığınacaqlar son bir neçə ay ərzində sərhəd bölgələrindən gələn qeyri-qanuni miqrantlarla dolub, bəzi qaçqınlar isə boş hotel və düşərgələrə yerləşdirilib.