Dünyaİran

İspaniya İranda həbs edilmiş ispaniyalıların buraxılmasını istəyib

Bununla bağlı İspaniya xarici işlər naziri Xose Manuel Albarez iranlı həmkarına zəng edib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez iranlı həmkarı Hüseyn Əmirabdullahianla telefon danışığında son iğtişaşlar zamanı İranda həbs olunan iki ispaniyanlının sərbəst buraxılmasını istəyib.

İnsan haqları fəallarının verdiyi məlumata görə, 24 yaşlı İspaniya vətəndaşı Ana Banir İranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda qeyri-müəyyən şəraitdə saxlanılır.

Oktyabrın əvvəllərində başqa bir İspaniya vətəndaşı, 41 yaşlı Santyaqo Sançez adlı şəxsdə İranın şimal qərb bölgəsindən bu ölkəyə girdikdən sonra yoxa çıxıb.

İran rəsmiləri həbs edilən xaricilərin bu ölkədə davam edən nümayişlərə müdaxilə etdikləri barədə sübut olunmamış iddialar irəli sürür.

Related Articles

Bir cavab yazın

Back to top button