Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İran mollaları ermənilərin qəbirlərini ziyarət ediblər

İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.

Mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib: “Bizə dini hövzələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.

İsfahan Erməni “Şəhidləri” Təşkilatının rəhbəri Zare Qaraxanyan da İran-İraq savaşında İsfahandan 6 erməninin öldürüldüyünü deyib.

Qeyd edək ki, indiyədək Qarabağda, Xocalıda şəhid olan Azərbaycan müsəlmanlarına bir dəfə də olsun anım mərasimi keçirməyən İran mollaları nədənsə ermənilərə xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar.

Related Articles

Bir cavab yazın

Back to top button