Bununla əlaqədar olaraq biz, İslam Şurasının nümayəndələri aşağıdakı məqamları elan edirik:
1. Azərbaycan Respublikasının dövlət xadimlərinin bu hərəkətinin onlara qarşı çoxlu mənfi siyasi nəticələri olacaq. Daha sonra dünya müsəlmanları onları məzlum fələstinlilərə qarşı qətl və cinayətdə sionist rejimin şəriki hesab edəcəklər.
2. Bu addım İslam dünyasının məzlum ölkəsinə qarşı bir hərəkət sayılır, əziz Fələstinə və onların ayrılmaz hüquqlarının tapdalanmasına səbəb olur. Ona görə də Ərəb və İslam hökumətlərindən və İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatından xahiş edirik, buna mane olsunlar.
3. İran İslam Respublikası Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərməli və lazımi diplomatik tədbirlər görməlidir.