Dünya

Türk idmançı İrəvanda qızıl medal qazandı, Azərbaycana həsr etdi

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatda Türkiyə idmançısı Cansu Bektaş qızıl medal qazanıb.

45 kiloqram çəki dərəcəsində yarışan türkiyəli atlet İrəvanda çempion olub.

Belə ki, Bektaş 72 kiloqram qaldıraraq Avropa gənclər rekordunu qırıb. O, “TRT”ə müsahibəsində qazandığı qələbəni Azərbaycana həsr etdiyini bildirib.

Qeyd edək ki, Avropa çempionatının dünən keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız yarışmaqdan imtina ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button