İran

Ruhani: “Şərq qonşularımıza qaz ixrac etmək imkanımız var”

Prezident Həsən Ruhani ölkəsinin qərb qonşuları ilə yanaşı, İranın şərq ölkələrinə də qaz sadir etməyə hazır olduğunu açıqlayıb.
İran Prezidenti Həsən Ruhani neft alanında təqribən 4,7 milyard yoro sərmayə hesabına ərsəyə gələn üç tərhin açılış mərasiminə qatılıb.
O, bu tədbirdə çıxışı zamanı, “bu gün ölkənin qərbində həm Türkiyə, həm İraqa qaz sadir edirik. Həm də şərq ölkələrinə qaz sadir etmək imkanımız var. Biz qaz kəmərini Pakistan mərzinə qədər çəkdik. Yəni 11 və 12-ci dövlətin dövründə bu alanda çox böyük iş görülüb”, – deyə məlumat verib.
İran dövlətinin rəsmi saytının verdiyi məlumata görə, o, çıxışında, “biz neft və qazı birlikdə görürük”, – deyə əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button