“Yaponiya beş ildən sonra nüvə dövlətinə çevrilə bilər”. Axar.az xəbər verir ki, Henri Kissincer belə deyib.
“Onların (yaponların – red.) hara getməsi ilə bağlı aydın fikir var: Yaponiya beş ildən sonra nüvə dövləti olmağa doğru irəliləyir”.
O qeyd edib ki, ki, Yaponiya həmişə ABŞ-la yaxın olmaq istəyir, lakin Vaşinqton üçün əlverişli olmayan sövdələşmələr bağlaya biləcəyi də istisna deyil:
“Mən düşünmürəm ki, Yaponiya onu məhdudlaşdıracaq qlobal çoxtərəfli sistemin daimi üzvü olmaq niyyətindədir”.