Dünyaİran

26 amerikalı senator Bayden hökumətinin İranla razılaşmasınını pisləyən məktub yazıb

Məktub Cənubi Karolinadan olan respublikaçı Tim Skott və Aydahodan olan respublikaçı Cim Beardın təşəbbüsü ilə yazılıb.

Onlar ABŞ Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinə ünvanladıqları məktubda ABŞ hakimiyyətinin İrana məxsus dondurulmuş pulların sərbəst buraxılması barədə razılaşmasını Tehran hakimiyyətinə bac vermək kimi dəyərləndiriblər.

Onlar vurğulayıblar ki, Bayden adminstriyasının bu qərarı İran rejiminin bütün Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini artırmağa imkan verir.

“İran rejimi üçün bu qədər əhəmiyyətli məbləğin sərbəst buraxılması bu iddia ilə tamamilə ziddiyyət təşkil edir, maliyyə və ya siyasi mənfəət üçün daha çox girov götürməyə təşviq edəcək”, – məktubda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button