Bu barədə Tehran Universitetinin Milli Seysmoqrafiya Mərkəzinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 05:25-də (Bakı vaxtı ilə 05:55) qeydə alınan yeraltı təkanların ocağı 13,7 km dərinlikdə meydana gəlib.
Kiş adasının 28 km şimal-şərqində qeydə alınan yeraltı təkanlar adada da hiss olunub.
Hormozqan valiliyinin Böhran Mərkəzinin başçısı Mehrdad Hüseynzadənin sözlərinə görə, yeraltı təkanlar nəticəsində insan tələfatı və ciddi dağıntılar qeydə alınmayıb.