Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

​​“Ana Dili – Azərbaycan Məktəbi” onlayn dərs layihəsinə növbəti qeydiyyat başlayıb

Distant dərslərə qoşulanlar həftədə 2 dəfə peşakar müəllimlərlə Azərbaycan dilinə yiyələnəcəklər.

Qeydiyyat üçün əlagə:

https://forms.gle/s1cf9NWTaYhURQvv8

anadili@agma.az

WhatsApp və Telegram – +994512267121

Qeyd edək ki, sentyabr ayında qeydiyyat başlayandan bəri 29 müxtəlif ölkədən 600-ə yaxın insan layihədə iştirak etmək üçün qeydiyyatdan keçib. Həmçinin 6 yaşdan 18 yaşa qədər ümumilikdə 35 qrupda 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.

Qruplar layihə iştirakçılarının yaşı, dil səviyyəsi və saat qurşağı nəzərə alınmaqla təşkil edilib. Layihənin təhsil proqramı Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatları özündə əks etdirən mövzular əsasında hazırlanıb. Dərslər həftədə iki dəfə “Microsoft Teams” platformasında keçirilir. Bu proqram iki fəsillə 2023-2024-cü tədris ilini əhatə edir.

“Ana Dili – Azərbaycan Məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən bütün dünyada yaşayan azərbaycanlılar üçün ana dilinin distant tədrisini təşkil edən pilot layihədir.

Related Articles

Bir cavab yazın

Back to top button