Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

ABŞ İranda son həbslərlə bağlı bəyanat yaydı

ABŞ əxlaq polisi tərəfindən öldürülən Armita Gəravəndin dəfn mərasimində fəalların həbsinə görə İran hökumətini tənqid edib.

Bu barədə ABŞ-nin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Armita Gəravəndin məcburi hicab qaydalarına görə öldürüldüyü qeyd edilən bəyanatda dəfn mərasimində saxlanılanların sərbəst buraxılması istənilib.

Qeyd edək ki, oktyabrın 29-da 16 Armita Gəravəndin dəfn mərasimində iştirak edən onlarla şəxs, o cümlədən tanınmış hüquq müdafiəçisi Nəsrin Sütudə və tələbə hərəkatı başçısı Nilufər Mirzayi həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button