
Kənd camaatının dediyinə görə, onların indiyədək belə bir yerin olmasından xəbərləri olmayıb.
Tuneldə insanlar rahat gəzə bilirlər, divarlarında isə şamlar üçün yerlər var.
Kənd sakinləri bildiriblər ki, bəziləri əvvəllər də bu ərazinin ətrafında köhnə saxsı qablar tapıblar, ona görə də bu məsələ mənfəətpərəstlərin və fürsətçilərin diqqətini cəlb edə bilər.
Bəziləri deyirlər ki, yəqin ki, bu tunellər İslamdan əvvəl insanların ibadət yeri olub. Hər halda məsələnin ekspertlər tərəfindən araşdırılmasına ehtiyac var.