Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

ABŞ müttəfiqləri ilə husilərə qarşı tədbirləri müzakirə edəcək

“ABŞ müttəfiqləri və tərəfdaşları ilə Yəmənin husi üsyançıları Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmasalar, onlara qarşı əlavə addımları müzakirə edəcək”

Aznewstvınin məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O qeyd edib ki, ABŞ beynəlxalq ticarətlə məşğul olan gəmilər üçün Qırmızı dənizdən təhlükəsiz keçidi təmin etmək öhdəliyinə sadiqdir:

“Bu hücumlar davam edərsə, müttəfiqlərimiz və tərəfdaşlarımızla müvafiq növbəti addımlar barədə koordinasiya etməyə və yaxından məsləhətləşməyə davam edəcəyik. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün ən yaxşı həll husilərin hücumlarını dayandırmaqdır. Amerika səlahiyyətliləri regionda gərginliyin artmasının qarşısını almağa üstünlük verəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button