
Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Çahar-mahal vilayətinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
“Tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərinə qayıtmasalar və hərəkətə keçməsələr, biz də öhdəlikləri azaldacağıq.
Hazırda öhdəliklərin azaldılması mərhələsindəyik. Tərəflər Agentliyin Rəhbərlər Şurasında qətnamə çıxarsalar, mütləq cavab verəcəyik”, – o qeyd edib.
Qeyd edək ki, Böyük Britaniya, Almaniya və Fransa AEBA-nın Rəhbərlər Şurasına İranı agentliklə əməkdaşlığa və bəyan edilməmiş nüvə obyektlərində aşkar edilmiş uran izlərini izah etməyə çağıran qətnamə layihəsi təqdim edib.
Qətnamədə AEBA müfəttişlərinin nümunələr götürməsinə icazə verilməsi tələb edilib, İranla agentlik arasında 2023-cü ilin mart ayında imzalanan birgə bəyanatın şərtlərinə əməl edilməsinə çağırılıb.