Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanlı fəala dəstək aksiyası keçirilir

Tehranın Evin həbsxanasının siyasi məhbusları Gilan əyalətininRəşt şəhərinin Lakan həbsxanasında saxlanılan və edama məhkum edilmiş azərbaycanlı xanım fəal Şərifə Məhəmmədiyə dəstək veriblər.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, 16 siyasi məhbus aclıq aksiyasına başlayaraq, işçi hərəkatı fəalı barədə çıxarılan edam cəzasına etiraz ediblər.

Bununla yanaşı Evin həbsxanasında saxlanılan 25 kişi, 30 qadın siyasi məhbus isə iylun 11-dən etibarən Şərifə Məhəmmədinin edam hökmünün ləğv edilməsi tələbi ilə aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button