
Onun sözlərinə görə, guya “bu plan əslində Ermənistanı parçalamaq, İranla Avropa arasında əlaqəni kəsmək məqsədi daşıyırdı”.
“Keçmiş ABŞ prezidenti Co Baydenin özünün etiraf etdiyi kimi, bu dəhlizin açılması üçün hər şey hazır idi, ancaq İran onun həyata keçirilməsinə imkan vermədi. Bu sözlər ona dəlalət edir ki, Tehran Rusiyanın dəstəyi olmadan belə, “müdrik siyasət” sayəsində Qafqazın təhlükəsizliyini təmin edə, NATO-nun bölgəyə nüfuz etməsinə mane ola bilib”, – deyə, Vilayəti bildirib.
Onun cəfəng sözlərinə görə, “düşmənlərin Zəngəzur layihəsi ilə son məqsədi İranı şimaldan təcrid etmək, cənubdan isə Rusiyanı mühasirəyə almaq idi, ancaq bu plan də uğursuzluğa düçar oldu”.