
Marağada sınaq üçün əkilmiş yemlik sürgüm bitkisi bu günlərdə biçiləcək. Bu barədə Marağanın “Cahad Kişavərzi” İdarəsinin müdiri İsmayıl Kərəmi bilgi verib. Onun sözlərinə görə, Marağanın 5 hektar ərazisində yemlikotu əvəzinə sürgüm bitkisi əkilib. “Bu yemin ortalama tolidi 2 dönə biçim ilə hər hektarda 80 tondur. Bu miqdarda məhsul ilə şəhristanın bəslənilən buynuzlu heyvanlarının yem təmini üçün 400 tondan çox sürgüm otu biçiləcək”, – deyə idarə məsulu açıqlayıb.
İsmayıl Kərəmi bildirib ki, bu bitki Ordibehişt ayında əkilir və Şəhrivər ayına kimi iki dəfə biçilir. Suya daha az ehtiyacı olan yemlik sürgümün şoranlıq torpaqlarda əkilə bildiyi vurğulanıb.
“Şəhristanın 2 min hektar ərazisindən illik 160 min ton yaş yem biçilir. Bu bitki dənəli məkə ilə müqayisədə daha tez böyüyür və soyuq bölgələrdə iki dəfə biçilə bilir”, – deyə İsmayıl Kərəmi vurğulayıb.
Bildirək ki, sürgüm paxlalılar bitkisindən olaraq, ölkədə “salxım məkə” adlanır. Bu bitki quraqlıq və istiyə dözümlü olduğuna görə, “Bitkilərin Dəvəsi” adı ilə tanınır.