İran

Tehranda koronavirusla bağlı son statistika

“Virusa tutulan insanların mubayl telefonunun izlənməsi göstərir ki, Kovid-19 mərizlərinin yalnız yüzdə 20-si qərəntinə qaydalarına əməl edir”. Bunu Tehranda Koronavirusla Mübarizə Əməliyyat Qərargahının fərmandehi Əlireza Zali deyib. O, desambrın 1-də Tehran ustanının fərmandarlarının iştirakı ilə keçirilən toplantıda çıxışı zamanı bildirib: “Mərizlərin əksəriyyəti tərəfindən sağlıq qaydalarının pozulması paytaxtda koronavirusa tutulanların sayını artırıb. Tehranda apardığımız araşdırmalar göstərir ki, mərizliyə tutulan hər kəs ev və ya iş yerində ona yaxın daha yeddi nəfəri yoluxdura bilər. Kovid-19-a tutulan bir insanın yaxınlarından 7-10 nəfər kontrol altına alınmalıdır. Şübhəsiz, koronavirusa tutulankimsələr, insanlar arasına buraxılarsa, bu tərh bir çox çətinliklə qarşılaşacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button