Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Milli fəal Əli Əzizliyə 6 il həbs cəzası verilib

Azərbaycanlı milli mədəni fəal Əli Əzizinin məhkəməsi şəhrivərin 24-də keçirilib. Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsinin açıqlamasına görə, fəal “qanunsuz GAMAC təşkilatına üyə olmaq” ittihamı ilə 5 il, “İran əleyhinə mənfi təbliğat aparmaq” ittihamı ilə isə 1 il olmaqla, ümumilikdə 6 il həbs cəzasına məhkum edilib. Hazırda keçici olaraq vəsiqə qarşılığında azad olan Əli Əzizi bundan öncə də tir ayının 19-da Təbrizin İnqilab və Ümumi məhkəməsinin 16-cı şöbəsinin hakimi Seyyid Əli Musəvi tərəfindən “sosial mediada yalan yaymaq” ittihamı ilə təqsirləndirilib. Nəticədə onun vəsiqəsi 150 milyon tümən artırılaraq, 500 milyon tüməndən 650 milyon tümənə yüksəldilib.
Qeyd edək ki, Əli Əzizi 4 isfənd 1398-ci ildə Urmu şəhərində tutuqlanıb. Fərvərdin ayının 6-da isə müvəqqəti olaraq vəsiqə qarşılığında azadlığa buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button