
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yeni anayasanın hazırlanmasına ehtiyac olduğunu bildirib. Məsələ ilə bağlı dövlət başçısı mətbuat konfəransında bilgi verib. Türkiyə lideri bildirib ki, yeni anayasanın təsis olunması toplumun nəzarəti altında, müvafiq qurum təmsilçilərinin şirkət etməsi ilə müzakirə olunmalı və hazırlanmalıdır.
“Fikrimcə, ölkəmizdə yeni bir anayasa müzakirəsi başlamalıdır. Cümhur Birliyindən müttəfiqimizlə razılaşsaq yeni anayasanın hazırlanması üçün fəaliyyətə başlaya bilərik”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyənin Ədliyyə vəziri Abdulhəmid Gül də məsələyə münasibət bildirib. Vəzir qeyd edib ki, yeni, sivil, demokratik anayasanın həyata keçirilməsi gənc nəslə ən dəyərli miras olacaq.