İran

Qasim Mahmudi̇ fi̇zi̇ki̇ zorakılığa məruz qalib

İranın əmniyyət orqanları güney azərbaycanlı fəal Qasım Mahmudiyə işgəncə veriblər. Belə ki, fərvərdinin 25-də kəleybərli hünərmənd xiyavanda gedərkən heç bir səbəb və hökm göstərilmədən əmniyət məmurları tərəfindən qaçırılıb. O, tutuqlandıqdan sonra fiziki zorakılığa məruz qalıb və basqı altında etirafa məcbur edilib. Zorakılıq nəticəsində dişləri qırılan və bədəninin müxtəlif nahiyələrindən zədələr alan fəal vəsiqə ilə azadlığa buraxılıb. Xatırladaq ki, Qasım Mahmudi 2018-ci ildə Babək qalası ilə bağlı keçirilən mərasimdə də həbs olunub. Əmniyət qüvvələri fəala işgəncə ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button