İran

Amerika Ticarət Nazirliyi Çin və İranın hərbi proqramı ilə əlaqəsinə görə 37 şirkəti boykot edib

Xatırladaq ki, dekabrın 16-da yayılan yeni sanksiyalar siyahısı Vyanada atom anlaşması müzakirələrinin davam etdiyi bir vaxta təsadüf edir.

Amerikanın Ticarət Nazirliyi 37 şirkətə Amerika qanunları və onun qoyduğu məhdudiyyətləri pozmaq, o cümlədən Vaşinqtonun sanksiyalar siyahısında olan ölkələrlə əməkdaşlıq etmək və bu ölkələrə məhsul satmaq ittihamı ilə sanksiya qoyub.

“Aznews tv”  xəbər verir ki, sanksiyalar siyahısında özəlliklə üç şirkət İrana qarşı sanksiyaları pozub. Belə ki, bu şirkətlər İranın hərbi və raket proqramında istifadə olunan hissələri Tehrana satmağa çalışıb. İranla əməkdaşlıq etmiş sözügedən şirkətlərin hər üçü Çinə məxsus şirkətlərdir.

Xatırladaq ki, dekabrın 16-da yayılan yeni sanksiyalar siyahısı Vyanada atom anlaşması müzakirələrinin davam etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, İranın müzakirəçilər qrupu Tehrana qarşı bütün nüvə və qeyri-nüvə sanksiyalarının ləğv edilməsi halında atom anlaşmasına və öz öhdəliklərinə qayıdacağını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button