Dünya

Qarabağ terrorçularının kor “ombudsman”ından müraciət – istefaya gedir

Dağlıq Qarabağdakı qondarma rejimin “ombudsmanı” Artak Beqlaryan erməni xalqına müraciət edib.

Azərbaycanı “təcavüzdə” günahlandıran separatçı bildirib ki, göstərilən səylərin nəticə verməməsi onu istefa barədə düşünməyə vadar edir. “Biz ancaq özümüzə, öz müdafiəçilərimizə inanmalıyıq, əks halda hər şeyi itirəcəyik. Gəlin kiminsə bizə kömək edəcəyini düşünməyək. Hətta bizə kömək edəcəklərsə də, bu, siyasi maraqlara görə olacaq, bizim xahişimizə görə yox”, Beqlaryan deyib. “Ombudsman” deyib ki, o, çoxsaylı media orqanlarına müsahibələr verib və müxtəlif ölkələrin səfirləri ilə görüşüb. Həmçinin iddia edib ki, toplanmış faktlar beynəlxalq ictimaiyyətin mühakiməsinə təqdim edilib. Qarabağ terrorçularının sadiq müdafiəçisi də Türkiyə və Azərbaycanı ittiham edib.

Deyib ki, çoxları bizi başa düşür, dərdimizi bölüşür, bizə rəğbətlə yanaşır. Amma ardınca həyasızcasına əlavə edib ki, guya ortada siyasi və iqtisadi maraqlar var deyə, ermənilər müdafiəçisizdir. A.Beqlaryan ümidsiz vəziyyətdə bir daha qeyd edib ki, istefa vermək niyyətindədir.

Ardınca “müdafiə nazirliyi”nə onun potensialından istifadə etməklə bağlı xahiş ünvanlamaq niyyətində olduğunu da vurğulayıb.

Qeyd edək ki, özünü “ombudsman” adlandıran Beqlaryan gözdən əlildir və bu məqamda onun potensialından hansı şəkildə istifadə olunacağı maraqlıdır. Qarabağdakı qondarma rejimin rəhbərliyi başını götürüb İrəvana qaçıb, bu isə “kömək” təklif edir. Bu müraciət daha çox çarəsizliyin əlamətidir.

Related Articles

Bir cavab yazın

Back to top button