Azərbaycanİran

İranda ilk dəfə olaraq Nəvainin türkcə şeirlər toplusu nəşr olunub

İranda ilk dəfə olaraq böyük şair Əmir Əlişir Nəvainin 4 cilddən ibarət “Xəzain-ül-Maanı” şeirlər toplusu çap olunub. 4 cildlik şeirlər toplusu ədəbiyyat tədqiatçısı Qulamrza Rəzmi tərəfindən hazırlanıb.

“Əmir Əlişir Nəvainin əsərlərini 2012-ci ildə tanımışam. Nəvainin 4 cildlik türkcə şeirlər toplusunun olduğunu bildikdən sonra onun 2900 qəzəlini müasir və anlaşılan Azərbaycan türkcəsinə çevirmişəm.

Nəvainin birlikdə “Xəzain-ül-Maanı” adı ilə tanınan 4 cildlik şeirlər toplusu var. Onlar “Qəraib-ül-Siğr”, “Nəvadir-ül-Şəbab”, “Bədayi-ül-Vəsət” və “Fəvaid-ül-Kibr” adlanır”, – deyə Rəzmi vurğulayıb.

Qeyd edək ki, Əmir Əlişir Nəvai türk etnosu tarixində ədəbiyyat üzrə böyük şəxsiyyət hesab olunur. Nəvai 30 əsər yaradıcısı olaraq 28 əsərini türkcə yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button