İran

SULTANİYYƏ GÜNBƏZİ TƏMİR OLUNACAQ

Sultaniyyə Günbəzinin cənub darvazası ehya olunacaq.
Zənqanın Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsinin baş müdiri Əmir Ərcmənd Sultaniyyə Günbəzinin təmir olunacağını bildirib.
Bu yöndə məcmuənin öz imkanlarından və memarların işindən istifadə olunacaq. Bürcün və istehkamın ehyasına lazım olacaq bütün daşlar Sultaniyyə Məcmuəsinin vaxtı ilə tikintisində istifadə olunmuş yerdən gətiriləcək.
Bu darvazalar Elxanlılar dövründə ən önəmli giriş və çıxış darvazaları olub. Bu ehya tərhi, Sultaniyyə tarixi günbəzini Zənganın bir memarlıq və fərhəngi cazibəsi kimi tanıtdırılması hədəfi ilə icra olunur.”.
Bildirək ki, Sultaniyyə Günbəzi 1310-cu ildə ölkənin Milli Mirası listinə, 1384-cü ildə isə UNESCO-nun Dünya Mirası listinə salınıb. Bu günbəz səkkizinci əsirdə Sultan Məhəmməd Xudabəndə tərəfindən tikdirilib. Dünyada Kərpiclə Tikilmiş Ən İri Günbəz sayılır.
Sultaniyyə şəhristanının cəmiyyəti 30 min nəfərdir. Zənqan Ustanının mərkəzindən 40 kilometr aralıqda yerləşir.

Related Articles

Bir cavab yazın

Back to top button