Azərbaycanİran

Təbrizdəki türbə və məqbərələr – Cümhur qalası

Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınan Bəzz qalası Güney Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən 16 kilometr cənub-qərbdə, Xorrama yüksəkliklərinin zirvəsində yerləşir.

Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdədir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir. Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəylər (Eldəgizlər) dövlətlərinə aid sikkələr, təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır.

Qalanın hündür divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Bu qüllələr malun daşındandır. Divarlar isə qranit daşlarla hörülmüşdür. Qala qapısına çatmaq üçün 200 metrlik dar cığırdan keçilir. Orada üçmərtəbəli bir saray var. Sarayda bir mərkəzi salon və ətrafında 7 otaq mövcuddur. Binanın şərq hissəsində isə bir neçə otaq və su anbarı var. Su anbarlarının tavanı sivri və beşik şəkilli tağlarla örtülüdür. Qalanın sahəsi təxminən 10 min kv.m-dir. Buradakı əsas binanın nə zaman tikildiyi dəqiq məlum deyil.

Qala islam dövrünə aid qaynaqlarda Boz qala adlanıb, lakin Babəkin qiyamından sonra buranın adı “Babək qalası” adlandırılmışdır. Hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə minlərlə insan qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button