Dünya

Ukrayna: “Rusiya Tehrandan 46 döyüş dronu alıb”

Moskva İrandan döyüş dronları əldə edib ki, bu da indiki mubaribənin gedişatına ciddi təsir edə bilər.

İranın bu günədək Rusiyaya 46 insansız uçaq göndərdiyini bildirən Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç əlavə edib: “Bəzi məlumatlara əsasən, görünür bu dronlardan istifadə edilməsi daha öncə də müşahidə edilib”.

Britaniyanın “Teleqraf” qəzeti isə yazır ki, Rusiya habelə buraxılışına nəzarət edəcəyi İran peykindən Ukrayna ordusuna qarşı casusluqda və məlumatların toplanılmasında istifadə edəcək”.

Qeyd edək ki, rusiyalı mühəndislər 4 illik layihəni başa çatdıraraq Qazaxıstanın Baykanur kosmik bazasından İrana aid “Xəyyam” peykini orbitə buraxmağa hazırlaşır.

“Roskosmos”un hazırlasığı orbit gəmisinin son dərəcə dəqiq və qabaqcıl müşahidə kameraları ilə təchiz edildiyi bildirilir.

“Vaşinqton Post” qəzeti yazır ki, Rusiya əvvəlcə bu peykdən Ukrayna ordusuna qarşı casusluq məqsədilə istifadə edib sonra onu İrana qaytaracaq.

Related Articles

Bir cavab yazın

Back to top button