İran

Tehran və Əlborz vilayətlərində şiddətli qasırğa azı 13 nəfərin yaralanmasına səbəb olub

Martın 22-də İranın Tehran və Əlborz vilayətlərində baş verən güclü qasırğa nəticəsində ən azı 13 nəfər yaralanıb. Ölkənin Fövqəladə Hallar Xidməti həmin şəxslərin tibb müəssisələrinə aparıldığını bildirib.

“Aznews tv” xəbər verir ki, yaralananlarla yanaşı, şiddətli qasırğa sözügedən vilayətlərə ciddi maddi ziyan da vurub. Belə ki, Kərəc şəhərində ağacların aşması və qırılması ilə bağlı 14 fakt qeydə alınıb, elektrik və rabitə xətlərinə də ziyan dəyib.

Kərəc Bələdiyyəsinin Yanğından Mühafizə Xidmətinin rəisi Məhəmməd Cəmşidi bildirib ki, hava şəraiti bəzi yerlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub, 5 yerdə vətəndaşlar liftdə qalıb və həmin şəxslər xilasedicilər tərəfindən xilas edilib.

Sosial mediada, habelə Tehranın Sohrəverdi bölgəsindəki telekommunikasiya qülləsinə dəyən zərərin görüntüləri yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button