Dünya

Bayden ölkədəki iğtişaşlarda Trampı ittiham edib

Amerikanın yeni seçilmiş prezidenti Cozef Bayden Vaşinqtonda baş verən iğtişaşlara Donald Trampın səbəb olduğu söyləyib. Bu barədə o, iğtişaşları şərh edərkən bildirib. Amerikanın yeni seçilmiş prezidenti iğtişaşçıları daxili terrorçular adlandırıb.
“Onları etiraz aksiyasının iştirakçıları adlandırmayın. Onlar üsyançı dəstə, qiyamçılar, daxili terrorçulardır. Bunu gözləyə bilməzdik demək istərdim, ancaq baş tutdu”, – deyə o, qeyd edib.
Cozef Baydenin sözlərinə görə, baş verənlər Donald Trampın demokrasiyə hücumunun nəticəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button