İran

İran televiziyasından yeni termin: “İran Novruzu”

İranın Dövlət Teleradio Şirkəti Azərbaycan və Tacikistandan Novruz bayramı ilə bağlı hazırladığı videoçarxda fars şovinizminə xas ədəbiyyatdan istifadə edib.

Azərbaycandan hazırlanan hissədə İRİB-in müxbiri Novruz bayramının guya “İranın mədəniyyət arealına daxil olan ölkələr”in mühüm bayram mərasimlərindən olduğunu deyir.

Süjetdə jurnalist paniranist ədəbiyyatı qabardır.

Habelə Novruz bayramının təkcə İrana aid olduğu və guya sonradan onun digər xalqların mədəniyyətlərinə daxil olduğu fikri təlqin edilib.

Qeyd edək ki, İran hər vəhclə Azərbaycan da daxil olmaqla bir çox ölkələrin mədəniyyətini, eləcə də tarixi və ədəbi şəxsiyyətlərini özününküləşdirməyə və onlar barədə həqiqətləri saxtalaşdırmağa cəhd göstərir. Bununla da İran hökuməti mədəni cəhətdən zəngin olmayan keçmişini doldurmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button