Azərbaycan

Ermənilər işğaldan azad edilən ərazilərdə vandalizm aktı törədiblər

Erməni işğalından azad olunan ərazilərimizdən yayılan videolara baxdıqca, insan dəhşətə gəlir. Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımızda daşı-daş üstündə qoymayıb. Ən vəhşi mənzərə isə qəbirstanlıqlarımızın darmadağın edilməsidir. Düşmən o qədər kinli olub ki, hətta məzarlarda yatan ölüləri də rahat buraxmayıb. Cəbrayıl şəhristanının işğaldan azad edilmiş Horovlu kəndindən çəkilmiş videogörüntülərdə dəhşətli mənzərənin şahidi oluruq. Belə ki, ermənilər kənd qəbiristanlığında başdaşlarını aparmaq bir yana qalsın, cəsədələrin qalıqlarını çıxararaq təhqir edib, insan sümüklərini ətrafa yayıblar. Bu, dünyada görünməmiş vandalizim hərəkətidir.

Related Articles

Bir cavab yazın

Back to top button