İran

Belçikada İranın terror fəaliyyətlərini araşdıran apelyasiya məhkəməsi yeni detallar əldə edib

Məhkəmə zamanı iddiaçıların vəkili deyib: "Burada beynəlxalq terrorizmdən söhbət gedir. Çünki İran rejiminin öz müxaliflərinə qarşı terror tarixi var".

Martın 4-də Belçikanın Antverpen şəhərində keçirilən apellyasiya məhkəməsi İran kəşfiyyatına bağlı Əsədullah Əsədinin başçılığı altında fəaliyyət göstərən və məhkum olunduqdan sonra həbs edilən digər 3 nəfərin işinə yenidən baxıb.

“Aznews tv” xəbər verir ki, 2021-ci ilin may ayında sözügedən məhkəmə, Xalq Mücahidləri Təşkilatının 2018-ci ilin iyununda Fransanın Villepinte şəhərində keçirilən konfransına qarşı terror əməliyyatı hazırlamaqda ittiham olunan Əsədullah Əsədini 20 il həbs cəzasına məhkum edib.

Məhkəmə zamanı iddiaçıların vəkili deyib: “Burada beynəlxalq terrorizmdən söhbət gedir. Çünki İran rejiminin öz müxaliflərinə qarşı terror tarixi var”.

Related Articles

Bir cavab yazın

Back to top button