Azərbaycan

Zəngan-Təbriz yolunda ağır qəza baş verib

İiyulun 12-i səhər saatlarında Zəngan-Təbriz yolunda ağır qəza baş verib. Bu barədə Zəngan əyalətinin Yol Polisi İdarəsinin başçısı polkovnik Məhəmmədəli Əzimi açıqlama verib.

Onun sözlərinə görə, avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 14 nəfər isə yaralanıb.

Qəzanın avtobus sürücüsünün yatması səbəbindən baş verdiyini deyən M.Əzimi Zəngan əyalətində yol qəzaları və ölüm sayının ötən illə müqayisədə kəskin artdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button