Azərbaycan

Xocalı faciəsindən bəhs edən kitabın müəllifi vəfat etdi

Tanınmış amerikalı yazıçı, jurnalist Tomas Qolts vəfat edib.

Tomas Qolts 1954-cü il oktyabrın 11-də Yaponiyada anadan olub. 1985-ci ildə Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirib. O, uzun müddət Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olub.

Tanınmış yazıçı, jurnaslist 1991-cı ildə Azərbaycana da səfər edib. Tomas Qolts bu zaman Naxçıvanda olan Heydər Əliyevlə görüşüb. Onun Xocalı faciəsindən bəhs olunan “Azərbaycan Gündəliyi” kitabı da var.

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülüb. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button