İran

Suisdə İranlı mühacir intihar edib

“Hengaw” İnsan Haqları Təşkilatı Suisdə iranlı mühacirin intiharı ilə bağlı məlumat verib. Belə ki, həmin şəxsin sığınacaq müraciətinin qəbul olunmaması səbəbindən özünə qəsd etdiyi bildirilir. Məlumata görə, mühacir Məsud Qaderi müraciətinin Suisin Mühacirət İdarəsi tərəfindən rədd edilməsindən sonra bu addımı atıb. Suis polisi tərəfindən ona İrana qayıtması ilə bağlı bilgi verilib.
Qeyd edək ki, mordadın 23-ü Suisin Ennenda şəhərində qatarın keçməsindən öncə özünü reylin üstünə atıb. Məsud Qaderi hadisə yerindəcə keçinib.
“Hengaw”ın yazdığına görə, Məsud Qaderi iki il öncə mühacir kimi Suisə gedib. Bildirək ki, İranda ictimai-siyasi basqıların artması ilə müxtəlif ölkələrdə iranlı mühacirlərin sayı artıb.

Related Articles

Bir cavab yazın

Back to top button