İran

Sara Turi Təbrizin inqilab məhkəməsinə çağırılıb

Azərbaycanlı fəal, yazar Sara Turi Təbrizin İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çağırılıb. Fəala göndərilən elektron bildirişdə onun 5 isfənd saat 09:00-da sözügedən şöbəyə gəlməsi istənilib. Bilgilərə görə, Turi Şəhid Qazi Təbatəbayi məhkəməsi tərəfindən “ictimai asayişin və rahatlığın pozulması” ittihamı ilə təqsirləndirilib. Bildirək ki, fəal bəhmən ayının əvvəlində də Təbrizin İnqilab Məhkəməsinə çağırılıb. Dəfələrlə əmniyyət qüvvələrinin basqılarına məruz qalan Sara Turi uşaq ədəbiyyatı və toplumsal mövzularla bağlı çalışmaları ilə tanınır. Qeyd edək ki, mehr ayının 27-də Təbrizdə İranın Qarabağla bağlı siyasətlərinə etiraz etmək məqsədilə mitinq keçirilib. Etirazlarda iştirak etdiyinə görə Sara Turi və bir çox milli fəal həbs olunub. Turi aban ayının 2-də 190 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Təbrizdəki mitinqlər zamanı azı 10 qadının həbs olunduğu bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button