Dünya

Yeni Dehlidə törədilən terror aktı ilə ilgili araşdırmalara başlanılıb

Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında baş verən partlayışla ilgili araşdırmalara başlanılıb. Araşdırmalara yardım etmək məqsədilə İsraildən Hindistana özəl tim göndərilib. Məsələ ilə bağı bəhmən ayının 12-də İsrailin “Mossad” təşkilatının rəisi Yossi Kohen bilgi verib. Qeyd edək ki, bəhmən ayının 10-da İsrailin Yeni Dehlidəki səfirliyinə yaxın ərazidə terror aktı törədilib. Olay zamanı ölən və xəsarət alan olmayıb. İlkin ehtimallara görə, terrorçuların hədəfi Hindistanın istiqlaliyyətinin ildönümü mərasimində iştirak edən ölkə prezidenti Ramnat Kovind və baş vəzir olub. Ancaq Hindistan polisinin məlumatına görə, terroristlər Lutyen məhəlləsində yerləşən İsrail səfirliyini hədəf alıb. Hazırda “Mossad” partlayış zamanı səfirlik çevrəsində hansı ölkələrin vətəndaşlarının olduğunu araşdırır. Bildirək ki, Hindistanın xarici işlər vəziri Sabramaniam Cayşankar israilli həmkarı Qabi Aşkenazi ilə telefonla danışıb. Vəzir İsrail səfirliyi və diplomatların mühafizəsinin gücləndiriləcəyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button