Dünya

Bir çox ölkələrdə etirazlar: “Fələstinə azadlıq”

Həmas-İsrail müharibəsinə etirazlar dünyanın bir çox ölkələrində davam edir. Bəzi ölkələrdə Fələstin, bəzi ölkələrdə isə İsrail tərəfdarları nümayişlər keçirirlər.

ABŞ-da “AZAD FƏLƏSTİN” şüarı

ABŞ-ın Boston şəhərində yüzlərlə insan şəhər meydanına toplaşıb. “Azad Fələstin” şüarları səsləndirilib.

Nümayişçilər əllərində “Qəzzanın blokadasını dayandırın” yazılı plakatlar qaldırıblar.

ABŞ-ın Şimali Karolina ştatında da Fələstin tərəfdarları nümayişlər keçirib. Kaliforniya əyalətində İsrail tərəfdarları bir araya gəlib.

İngiltərənin paytaxtı Londonun Trafalqar meydanına da İsrail tərəfdarları toplaşıb.

Əllərində İsrail bayraqları tutan 20 minə yaxın etirazçı Həmasdan tutduğu girovları azad etməyi tələb edib.

Almaniyanın paytaxtı Berlində prezident Frank Valter Ştaynmayer Brandenburq Qapısında keçirilən tədbirdə çıxış edib. O, antisemitizmə qarşı xəbərdarlıq edib.

Bu arada təxminən 300 nəfər Ştaynmayerin yerləşdiyi əraziyə yaxın ərazidə İsrail əleyhinə şüarlar səsləndirib.

Polis qrupa müdaxilə edib. Saxlanılan etirazçılar da olub.

Fransanın paytaxtı Parisdə HƏMAS hücumlarından sonra ilk dəfə Fələstinə dəstək nümayişi keçirilib.

Minlərlə insan Fələstin bayrağını dalğalandırarkən; “Qəzza, Paris səninlədir” şüarı səsləndirilib.

Danimarkanın paytaxtı Kopenhagendə minlərlə insan Danimarka parlamentinə doğru yürüş edib.

Fələstin tərəfdarları Pakistanın Kəraçi şəhərindəki Amerika Konsulluğu qarşısında toplaşıb.

ABŞ-ın İsraili dəstəkləməsinə etiraz edilib.

Related Articles

Bir cavab yazın

Back to top button