Dünya

Tehran hakimiyyəti ölkədə erməni ekstrimistləri kimə qarşı bəsləyir?

Ard-arda seçkilərdə erməni xalqının şilləsinə tuş gələn və indi nə İrəvanda, nə də Moskvada o qədər də gücü olmayan erməni ekstremist millətçiləri, o cümlədən “Daşnaksutyun” partiyası Tehrandan göstərrilən xoş üz və səmimiyyətdən cəsarət alıb İranşəhri faşist düşüncəsi cərəyanının çətiri altında hərəkatı Tehranı anti-azərbaycan fəaliyyətlərinin mərkəzinə çeviriblər.

▫️“Erməni Milli Komitəsinin (HOOSK) yaradılmasının 40 illiyi Tehranın Erməni Klubunda Ermənistandan gələn qonaqların və rəsmilərin iştirakı ilə qeyd olundu.

▫️Tehranda “Ermənistan və Artsax regional geosiyasi hadisələrin mərkəzində” iclası keçirildi.

▫️ “Martın 3-də Erməni Problemlərinin Araşdırılması Mərkəzinin (HOOSK) təşkilatçılığı ilə keçirilən “Ermənistan, Artsax və Dəyişən Region” adlı 14-cü konfransı öz işini başa vurdu.

▫️“Martın 5-də Tehranda çoxlu sayda İran [İranşəhri] qurumları və fəallarının iştirakı ilə “Qafqaz geosiyasi tənlikləri, regional və qeyri-regional aktorlar” seminarı keçirildi.

🔺 Bu həcmdə fəaliyyət sabit aktyorlarla olan İranda Daşnaksutyunun qolları olan Hoor İnstitutu, Alik Qəzeti və Erməni Xilafəti ilə cəmi bir həftə ərzində həyata keçirilib;

🔺 Bütün bunlar Azərbaycan və İranın digər bölgələrində türklərin oyanış dalğasından fars millətçiliyinin qorxu və narahatlığından qaynaqlanır. Bəs, doğrudan da, nə qədər aciz və məğlub erməni faşistləri fars millətçiliyinin dərdinə şəfa verə bilər?! İranşəhri hərəkatı Azərbaycan və İranın digər bölgələrində türklərin oyanış dalğasına təzyiq göstərmək üçün erməni millətçiliyindən kömək istəyir.

🔹Görəsən cılız erməni millətçiliyinin belə qabiliyyəti var?!

Related Articles

Bir cavab yazın

Back to top button